Gəncədə COVID-19 xəstəsinə cinayət işi başlanılıb

Hadisə
  • 03 dekabr, 2020
  • 11:31
Gəncədə COVID-19 xəstəsinə cinayət işi başlanılıb

Gəncə şəhərində xüsusi karantin rejimi qaydalarına zidd olaraq, virusa yoluxan şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşları tərəfindən ictimai yerdə aktiv COVID-19 xəstəsi olan 24 yaşlı Ayşən Səmədzadə aşkarlanaraq müalicə təyin edildiyi ünvana yerləşdirilib.

Onun barəsində Gəncə ŞBPİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.