Gəncədə avtomobil qəzasında xəsarət alanlarların son durumu açıqlanıb - YENİLƏNİB

Hadisə
  • 28 avqust, 2025
  • 11:28
Gəncədə avtomobil qəzasında xəsarət alanlarların son durumu açıqlanıb - YENİLƏNİB

Gəncədə avtomobil qəzasında xəsarət alanlarların son durumu açıqlanıb.

TƏBİB-dən "Report"un Qərb bürosuna verilən məlumata görə, dünən axşam radələrində 3 nəfər (2 kişi, 1 qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Gəncədə avtomobillər toqquşub, xəsarət alanlar var. 

"Report"un Qərb bürosunun məlumatına görə, yol qəzası şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü A. Nəsibova, 1984-cü il təvəllüdlü P. Nəsibov və 1984-cü il təvəllüdlü V. Məmmədov xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti