Gəncədə avtomobilin vurduğu yeniyetmələrdən biri ölüb - YENİLƏNİB

Gəncədə avtomobilin vurduğu yeniyetmələrdən biri ölüb - YENİLƏNİB Gəncə şəhərində 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
30 İyun , 2024 21:10
Gəncədə avtomobilin vurduğu yeniyetmələrdən biri ölüb - YENİLƏNİB

Gəncədə avtomobilin vurduğu yeniyetmələrdən biri ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, ağır xəsarətlər alan 2011-ci il təvəllüdlü Ə.Məmmədli göstərilən tibbi yardımlara baxmayaraq dünyasını dəyişib.

Qeyd edək ki, hadisə Cavadxan qəsəbəsində qeydə alınıb.

Avtomobil 2011-ci il təvəllüdlü Ə.Məmmədlini və 2009-cu il İ.Məmmədovu vurub.

Faktla bağlı araşdırma aparılır.

18:55

Gəncə şəhərində 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Cavadxan qəsəbəsində qeydə alınıb.

Avtomobil 2011-ci il təvəllüdlü Ə.Məmmədlini və daha bir yeniyetməni (ad və soyadı dəqiqləşdirilir-red) vurub.

Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi