Gəncədə 16 yaşlı sürücü qəza törədib, ölənlər və xəsarət alanlar var 

Gəncədə 16 yaşlı sürücü qəza törədib, ölənlər və xəsarət alanlar var  Gəncə şəhərində ağır avtomobil qəzası qeydə alınıb.
Hadisə
5 Dekabr , 2021 15:37
Gəncədə 16 yaşlı sürücü qəza törədib, ölənlər və xəsarət alanlar var 

Gəncə şəhərində baş verən ağır avtomobil qəzasında ölənlərin və xəsarət alanların şəxsiyyətləri məlum olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəza zamanı sürücü, 2005-ci il təvəllüdlü Nüman Əlizadə, piyada, 2008-ci il təvəllüdlü Nazlı İbrahimova ölüb. Hadisə zamanı 2003-cü il təvəllüdlü Cavid Kazımov, 2004-cü il təvəllüdlü Elcan Əliyev və onun həmyaşıdı İlkin Bayramov xəsarət alıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.

14:25

Gəncə şəhərində ağır avtomobil qəzası qeydə alınıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə yerinə təcili tibbi yardım maşınları və Dövlət Yol Polisi əməkdaşları cəlb edilib. İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb. Ölənlərdən biri piyadadır. Qeyd edilir ki, avtomobil öncə 8-ci sinif şagirdi olan Nazilə adlı piyadanı (soyadı dəqiqləşdirilir-red) vurub, sonra idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində piyada və avtomobildə olan bir nəfər hadisə yerində dünyasını dəyişib.

Qəza zamanı daha bir neçə nəfər xəsarət alıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi