Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb - YENİLƏNİB-2

Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb - YENİLƏNİB-2 Gəncəçay çayında 14 yaşlı oğlanın meyiti aşkarlanıb.
Hadisə
19 May , 2024 08:35
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb - YENİLƏNİB-2

Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb.

“Report”un Qərb bürosunun məlumatına görə, 2010-cu il təvəllüdlü Murad Allahverdiyevin meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

00:35

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncəçayın Gəncə şəhəri, Gülüstan yaşayış massivi ərazisindən keçən hissəsində 1 nəfər yeniyetmənin batması barədə ilkin məlumat daxil olub.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Bidirilib ki, dərhal hadisə yerinə cəlb edilən FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən 2010-cu il təvəllüdlü Allahverdiyev Murad Yasin oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirlərinə başlanılıb.

Əlavə məlumat veriləcək.

2024-05-18 23:17

Gəncə şəhər sakini, 2010-cu il təvəllüdlü Murad Allahverdiyevin Gəncəçayda boğulduğu bildirilir.

"Report"un Qərb bürosunun məlumatına, yeniyetmənin yaxınları bu gün onun itkin düşdüyü barədə polisə məlumat veriblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi