Gəncə Şəhər İcra Hakimiyyətinin maşını qəza törədib, 2 nəfər yaralanıb
Hadisə
- 07 noyabr, 2015
- 20:16
Bakı. 8 noyabr. REPORT.AZ/ Gəncə Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin baş memarının xidməti avtomobili qəza törədib.
“Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin yeni Gəncə qəsəbəsində baş verib.
Gəncə şəhər Memarlıq və tikinti şöbəsinin baş memarı Azad Akif oğlu Əliyevin xidməti avtomobili olan “20 AA 011” dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobil “VAZ - 2106” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “VAZ” da olan iki nəfər - Gəncə şəhər sakinləri 22 yaşlı Sənan Əsbərli və 18 yaşlı Tofiq Əlizadə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Onların vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
16:25
Qəzzada təbii fəlakət nəticəsində ölənlərin sayı 12-yə çatıb
Digər ölkələr16:19
Azərbaycanın Əlcəzairdəki səfirliyində Heydər Əliyevin xatirəsi yad edilib
Xarici siyasət16:16
Foto
"Qaçqınkom"un kollektivi Heydər Əliyevin məzarını ziyarət edib
Daxili siyasət16:15
Foto
Həsənriz kəndinə daha 16 ailə köçürülüb, açarlar təqdim edilib – YENİLƏNİB-2
Daxili siyasət16:12
"Bavariya" futbolçusu ilə yeni müqavilə barədə danışıqları dayandırıb
Futbol16:09
Peskov: Putin və Ərdoğan regional və beynəlxalq məsələləri müzakirə edib
Region16:04
Rəy
Heydər Əliyev – yaşadığı keşməkeşli hadisələrin qalibi - ŞƏRH
Analitika15:56
Foto
Hərbi Prokurorluqda Ümummilli Liderin anım gününə həsr olunan tədbir keçirilib
Daxili siyasət15:49