“Günəşli” yatağında yanğınsöndürmə işlərini həyata keçirən gəmilərə yeni nasoslar quraşdırılır

“Günəşli” yatağında yanğınsöndürmə işlərini həyata keçirən gəmilərə yeni nasoslar quraşdırılır "O platforma layihə zamanı ən yüksək ballı küləklər üçün nəzərdə tutulub"
Hadisə
8 Dekabr , 2015 16:54
“Günəşli” yatağında yanğınsöndürmə işlərini həyata keçirən gəmilərə yeni nasoslar quraşdırılır

Bakı. 8 dekabr. REPORT.AZ/ "Hazırda “Günəşli” yatağında yanğınsöndürmə işlərini həyata keçirən gəmilərə yeni nasosların quraşdırılması prosesi gedir". "Report" xəbər verir ki, bunu "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov operativ qərargahda keçirilən brifinqdə bildirib. 

Onun sözlərinə görə, hadisə zamanı güclü küləklə əlaqədar tikinti, təmir, montaj və digər bütün işlər həmin gün dayandırılmış vəziyyətdə olub: "Həmin gün əməkdaşlar iş sahəsində olmadıqlarına görə ilk baş vermiş partlayış zamanı heç kəs xəsarət almayıb. İlk partlayış quyular olan ərazilərdə olmuşdu, əgər onlar iş vəziyyətində olsaydılar, neftçilər ən ağır xəsarət ala bilərdilər".

Baş mühəndis bildirib ki, hadisədən sonra xəsarət alan neftçilərin yenidən bu sahədə işləyib-işləməməsi tam surətdə işçilərin öz səlahiyyətindədir. Balamirzə Ağarəhimovun sözlərinə görə, qaydalara görə, işlər küləyin surətindən asılı olaraq məhdudlaşır: "Biz o mexanizmə uyğun hərəkət edirik. O platforma layihə zamanı ən yüksək ballı küləklər üçün nəzərdə tutulub".

Son xəbərlər

Orphus sistemi