Gədəbəydə avtomobil 85 yaşlı qadını vuraraq öldürüb

Hadisə
  • 29 sentyabr, 2019
  • 06:06
Gədəbəydə avtomobil 85 yaşlı qadını vuraraq öldürüb

Gədəbəy rayonunda avtomobilin vurduğu ahıl qadının şəxsiyyəti məlum olub.

"Report"un məlumatına görə, rayon sakini, 1934-cü il təvəllüdlü Söhbət İbrahım qızı Rəhimova mal-qaranı otlağa aparan zaman "VAZ" markalı avtomobil onu vurub. 

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

***9:21 


Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Qızıltorpaq kəndində baş verib. 

Belə ki, "VAZ" markalı avtomobil yolu keçmək istəyən ahıl qadını vuraraq öldürüb. Hadisə yerinə hüquq- mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stasiyasının həkimləri cəlb olunub. 

Faktl abğlı araşdırmalara başlanılıb.