Gədəbəy sakinini sel aparıb - FOTO
Hadisə
- 16 iyun, 2016
- 20:45
Gədəbəy. 17 iyun. REPORT.AZ/ Gədəbəy rayonunda təbii fəlakət nəticəsində yerli sakini sel aparıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə iyunun 16-da axşam saatlarında baş verib.
Bədbəxt hadisə Gədəbəyə yağan dolu və güclü yağışdan sonra qeydə alınıb. Belə ki, güclü yağış nəticəsində Başkənd gölü daşıb. Bu zaman meşədən odun gətirən Düzrəsullu kənd sakini, 32 yaşlı Osman Rzayevi sel aparıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Dolu, əsasən Şınıx bölgəsinin kəndlərini, İvanovka, Çobankənd, Saratovka, Qızıltorpağa yağıb. Təbiət hadisəsi nəticəsində, həmçinin təsərrüfata ciddi ziyan dəyib. Başkənd və Göyəllidə sel yolları yuyub.
Son xəbərlər
23:51
Foto
Serbiyanın energetika naziri ölkədə yanacaq qıtlığının olmayacağını açıqlayıb
Digər ölkələr23:32
ABŞ, Yaponiya və Cənubi Koreya KXDR-in nüvəsizləşdirilməsinin lehinə çıxış edib
Digər ölkələr23:28
Akif Çağatay Kılıç: Türkiyə güclü regional aktordur
Region23:24
ABŞ-nin yeddi hava limanında uçuşlar dayandırılıb
Digər ölkələr23:06
ABŞ-nin beş telekanalı Trampın iştirakı ilə keçirilən tədbirləri işıqlandırmağı dayandırıb
Digər ölkələr23:01
Ceyhun Bayramov dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında iştirak edib
Xarici siyasət23:00
SEPAH: ABŞ və İsrail gec-tez bölgəni tərk etməlidir
Region22:47
Türkiyədə silahlı insident zamanı üç nəfər ölüb
Region22:29