Bakıda gecə klubunda partlayışda yaralananlardan daha biri vəfat edib

Bakıda gecə klubunda partlayışda yaralananlardan daha biri vəfat edib Bakıda “Location” gecə klubunda baş verən partlayışda yaralananlardan daha biri vəfat edib.
Hadisə
10 Aprel , 2022 13:33
Bakıda gecə klubunda partlayışda yaralananlardan daha biri vəfat edib

Bakıda “Location” gecə klubunda baş verən partlayışda yaralananlardan daha biri vəfat edib.

“Report” xəbər verir ki, hadisə zamanı ağır xəsarət alan 2001-ci il təvəllüdlü Ayxan Feyzulladə adlı şəxs ölüb.

O, gecə klubunda ofisiant işləyirmiş.

Bununla da partlayış zamanı ölənlərin sayı 4-ə çatıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a faktı təsdiqləyiblər.

Xatırladaq ki, aprelin 3-də saat 03:00 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” klubunda partlayış baş verib. Partlayış nəticəsində 1 nəfər (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb. Aprelin 6-da 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı xəstəxanada vəfat edib. Aprelin 9-da isə klubun işçisi Gülbala Abdullayev dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi