Füzulidə gəncin ölümünə görə cinayət işi açılıb, şübhəli şəxs saxlanılıb

Füzulidə gəncin ölümünə görə cinayət işi açılıb, şübhəli şəxs saxlanılıb Yanvarın 5-də saat 23 radələrində Füzuli rayonu, Kürmahmudlu kəndi ərazisində 2003-cü il təvəllüdlü Azər Allahverdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hadisə
6 Yanvar , 2024 00:21
Füzulidə gəncin ölümünə görə cinayət işi açılıb, şübhəli şəxs saxlanılıb

Yanvarın 5-də saat 23 radələrində Füzuli rayonu, Kürmahmudlu kəndi ərazisində 2003-cü il təvəllüdlü Azər Allahverdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Report"a Füzuli rayon prokurorluğundan bildirilib.

Aparılan araşdırma zamanı 2005-ci il təvəllüdlü Nemət Bayramlının aralarında yaranmış mübahisə zamanı Azər Allahverdiyevə kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Nemət Bayramlı iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

Xatırladaq ki, DİN-in mətbuat xidmətinin regional qrupu Allahverdiyev Azər Cahid oğlunun kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə məlumat yaymışdı.

Son xəbərlər

Orphus sistemi