Vətən müharibəsində atılmış bombalardan biri partlayıb, xəsarət alan var
Hadisə
- 12 iyul, 2021
- 08:11
İyulun 12-də saat 11 radələrində 1 nəfər şəxsin Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Füzuli Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, ilkin araşdırmalarla “Körpü-Bina-Tikinti” MMC-də sürücü işləyən, Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü Xəlilov Elşən Eyvaz oğlunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində iş zamanı Vətən müharibəsi zamanı Ermənistan tərəfindən istifadə edilməklə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombasının partlamamış bombacığına toxunaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Hazırda faktla bağlı Füzuli Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Son xəbərlər
12:25
ABŞ İndoneziyanın hava məkanına hərbi təyyarələri üçün giriş əldə etmək istəyir
Digər ölkələr12:24
Elmi Cərrahiyyə Mərkəzi: Kəsilən ağaclar quru və qəzalı vəziyyətdə olub
Daxili siyasət12:17
Azərbaycanın parakamandan oxatma yığması Zaqatalada hazırlığa başlayıb
Fərdi12:16
İran Hörmüz boğazından ABŞ və İsraillə əlaqəli gəmilərin keçidini tam qadağan edib
Digər ölkələr12:14
Hesablama Palatası: Ötən il 101,5 milyon manat vəsait büdcəyə bərpa edilib
Maliyyə12:09
Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokunda 40-dan çox ölkə iştirak edəcək
Fərdi12:07
Azərbaycanda I rübdə 7 milyon tona yaxın neft hasil edilib
Energetika12:07
Şəhram İrani: Trampın Hörmüzü blokadaya almaqla bağlı təhdidi absurddur
Digər ölkələr12:07