FHN: "Xocavənd, Füzuli və Cəbrayılda 7790 hektar sahədə kol-kos və otlaq ərazilər yanıb"

FHN: "Xocavənd, Füzuli və Cəbrayılda 7790 hektar sahədə kol-kos və otlaq ərazilər yanıb" Xəbər verildiyi kimi, ötən həftə Xocavənd və Füzuli rayonları ərazisində və Cəbrayıl rayonu istiqamətində mürəkkəb relyefli, mina və partlamamış sursat təhlükəsi olan ərazilərdə yanğınlar baş verib, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görül
Hadisə
25 İyul , 2022 13:14
FHN: Xocavənd, Füzuli və Cəbrayılda 7790 hektar sahədə kol-kos və otlaq ərazilər yanıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Xocavənd, Füzuli və Cəbrayılda nə qədər ərazinin yandığı barədə məlumat yayıb.

FHN-dən "Report"a daxil olan məlumatda deyilir:

"Xəbər verildiyi kimi, ötən həftə Xocavənd və Füzuli rayonları ərazisində və Cəbrayıl rayonu istiqamətində mürəkkəb relyefli, mina və partlamamış sursat təhlükəsi olan ərazilərdə yanğınlar baş verib, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğınlar söndürülərək daha geniş sahəyə yayılmasına imkan verilməyib, ətraf ərazilər, o cümlədən kommunikasiya xətləri yanğınlardan mühafizə olunub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərkosmos tərəfindən təqdim edilmiş görüntülərə əsasən, yanğınlar nəticəsində ümumilikdə 7790 hektar sahədə kol-kos və otlaq ərazilər yanıb".

Son xəbərlər

Orphus sistemi