Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Gəncədə qanunsuz tikilini söküb.
Bu barədə “Report”a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Gəncə-Qazax avtomobil yolunun Gəncə şəhəri ərazisindən keçən hissəsində yol kənarında qanunsuz qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.
![](https://static.report.az/photo/847cb983-af05-3eb0-b006-749c0470c708_300.jpg)
![](https://static.report.az/photo/48e7f658-d469-3b54-acc0-787cd6144d11_300.jpg)