Etiraz aksiyası keçirən gənc fəal polis bölməsinə aparıldı

Etiraz aksiyası keçirən gənc fəal polis bölməsinə aparıldı Gənc fəal Qiyas İbrahimov Bakıda yaşadığı evin yaxınlığında binanın damına çıxaraq etiraz aksiyası keçirib.
Hadisə
9 İyun , 2020 18:19
Etiraz aksiyası keçirən gənc fəal polis bölməsinə aparıldı

Gənc fəal Qiyas İbrahimov Bakıda yaşadığı evin yaxınlığında binanın damına çıxaraq etiraz aksiyası keçirib.

“Report” xəbər verir ki, hadisə yerinə gələn polis əməkdaşları onu binanın damından düşürməyə nail olublar.

Qiyas İbrahimov yaxınlıqdakı polis bölməsinə aparılıb.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"a bildirib ki, paytaxt sakini Qiyas İbrahimov iyunun 9-da, saat 17 radələrində yaşadığı evin damına çıxaraq, ictimai diqqəti üzərinə yönəltmək qanunsuz çağırışlar edib:

"Polis əməkdaşlarının ona yaxınlaşacağı təqdirdə intihar edəcəyini bildirib. İntihara meyilli olan şəxs polis əməkdaşlarının təxirəsalınmaz səyi və operativliyi nəticəsində xilas olunaraq, ərazi üzrə polis bölməsinə gətirilib.

Hazırda Q.İbrahimov barəsində araşdırmalar aparılır. Əmələ hüquqi qiymət verilməsi üçün onun barəsində toplanmış materiallar rayon məhkəməsinə göndəriləcək".

Son xəbərlər

Orphus sistemi