Erməni terrorçu qrupun üzvləri məhkəmədə son söz deyib: "Peşmanıq"

Erməni terrorçu qrupun üzvləri məhkəmədə son söz deyib: "Peşmanıq" Təqsirləndirilən şəxslər əməllərindən peşman olduğunu və barələrində bəraət hökmü çıxarılmasını xahiş ediblər.
Hadisə
23 İyul , 2021 12:34
Erməni terrorçu qrupun üzvləri məhkəmədə son söz deyib: Peşmanıq

Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin daha 13 üzvünün - Karapetyan Rafik Robertoviç, Qolayan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yerğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrekyan Vahagen Edikoçiv, Soğomanyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Xovanesoviç, Anbardanyan Vels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç, Qriqoryan Feliks Arşakoviç barəsindəki cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilir.

"Report" xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən təqsirləndirilən şəxslərin vəkilləri çıxış edib.

Vəkillər müdafiə etdikləri şəxslərin cinayətin birbaşa subyekti olmadığını, onların Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən aldadılaraq, özlərinin xəbəri olmadan Xocavənd rayonunun Hadrut qəsəbəsinə gətirildiklərini bildiriblər. Vəkillər təqsirləndirilən şəxslər barəsində bəraət hökmü çıxarılmasını və onların ölkələrinə ekstradisiya olunmasını istəyiblər.

Daha sonra təqsirləndirilən şəxslərə son söz verilib.

Təqsirləndirilən şəxslər əməllərindən peşman olduğunu və barələrində bəraət hökmü çıxarılmasını xahiş ediblər.

Daha sonra məhkəmə hökm qərarının qəbul edilməsi üçün müşavirəyə yollanıb.

Son xəbərlər

Orphus sistemi