Əfv sərəncamı 13 saylı cəzaçəkmə müəssisəsində də icra olunub

Hadisə
  • 17 mart, 2019
  • 07:12
Əfv sərəncamı 13 saylı cəzaçəkmə müəssisəsində də icra olunub

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Bakının Qaradağ rayonundakı 13 saylı cəzaçəkmə müəssisəsində də icra olunub.

"Report" xəbər verir ki, tədbirdə Ədliyyə Nazirliyi Penitensiar xidmətin Təşkilat-nəzarət idarəsinin rəisi Vüqar Abışov, müəssisə rəisi Azər Hacıyev, Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev də iştirak ediblər.

13 saylı cəzaçəkmə müəssisəsindən 42 nəfər azadlığa buraxılıb. Onların arasında Özbəkistan vətəndaşı Oybek Sadullayeviç Axmedov, Nida Vətəndaş Hərəkatının üzvləri İlkin RüstəmzadəBayram Məmmədov da var. Əfv olunaraq azadlığa buraxılanlara arayışlar təqdim olunub.

Qeyd edək ki, sərəncam, ümumilikdə, 431 nəfərə şamil olunub.

Foto: Firi Səlim