Əcnəbiləri qanunsuz yolla Azərbaycana gətirən Pakistan və Hindistan vətəndaşları apellyasiya şikayəti veriblər

Əcnəbiləri qanunsuz yolla Azərbaycana gətirən Pakistan və Hindistan vətəndaşları apellyasiya şikayəti veriblər Məhkəmənin növbəti iclası noyabrın 26-na təyin edilib
Hadisə
13 Noyabr , 2018 10:36
Əcnəbiləri qanunsuz yolla Azərbaycana gətirən Pakistan və Hindistan vətəndaşları apellyasiya şikayəti veriblər
0 : 00
0 : 00

Bakı. 13 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda və qanunsuz miqrasiyanın təşkilində təqsirləndirilən Hindistan vətəndaşları - Mohammad Sakir, Alimuddin Shaikh, SK Allarakha və Pakistan İslam Respublikasının vətəndaşı Sajid Frazın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası noyabrın 26-na təyin edilib.

İttiham aktına əsasən, Hindistan vətəndaşı Mohamed Shakir 2017-ci il oktyabrın 12-də Bakı şəhərinə gəlib. Daha sonra o, xarici ölkələrdə işləmək niyyətində olan həmvətənlilərinin pulunu ələ keçirmək məqsədilə 2017-ci ilin oktyabr ayından 2018-ci ilin yanvarınadək olan dövrdə SK Allarakha, Alimuddin Shaikh, Sajid Frazdan ibarət mütəşəkkil dəstə yaradıb. Dəstə üzvləri arasında vəzifə bölgüsü aparılıb, gəlirin bölüşdürülməsi müəyyəönləşdirilib, göstərişlərə və tapşırıqlara isə Mohamed Shakir rəhbərlik edib.

 Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mohammad Sakir 10 il, Alimuddin Shaikh, SK Allarakhanın hər biri 9 il, Sajid Fraz isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi