Əcnəbiləri qanunsuz yolla Azərbaycana gətirən Pakistan və Hindistan vətəndaşlarına hökm oxunub

Əcnəbiləri qanunsuz yolla Azərbaycana gətirən Pakistan və Hindistan vətəndaşlarına hökm oxunub Bakı. 27 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və qanunsuz miqrasiyanın təşkilində təqsirləndirilən Hindistan vətəndaşları - Mohammad Sakir, Alimuddin Shaikh, SK Allarakha və Pa­kistan İslam Respublikasının vətəndaşı Sajid Frazın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
27 Sentyabr , 2018 13:22
Əcnəbiləri qanunsuz yolla Azərbaycana gətirən Pakistan və Hindistan vətəndaşlarına hökm oxunub

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və qanunsuz miqrasiyanın təşkilində təqsirləndirilən Hindistan vətəndaşları - Mohammad Sakir, Alimuddin Shaikh, SK Allarakha və Pa­kistan İslam Respublikasının vətəndaşı Sajid Frazın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Mohammad Sakir 10 il, Alimuddin Shaikh, SK Allarakhanın hər biri 9 il, Sajid Fraz isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, Hindistan vətəndaşı Mohamed Shakir 2017-ci il oktyabrın 12-də Bakı şəhərinə gəlib.
Daha sonra o, xarici ölkələrdə işləmək niyyətində olan həmvətənlilərinin pulunu ələ keçirmək məqsədilə 2017-ci ilin oktyabr ayından 2018-ci ilin yanvarınadək olan dövrdə SK Allarakha, Alimuddin Shaikh, Sajid Frazdan ibarət mütəşəkkil dəstə yaradıb. Dəstə üzvləri arasında vəzifə bölgüsü aparılıb, gəlirin bölüşdürülməsi müəyyəönləşdirilib, göstərişlərə və tapşırıqlara isə Mohamed Shakir rəhbərlik edib.

Cinayət materealında qeyd edilib ki, həmin şəxslər Hindistanda fəaliyyət göstərən konsaltinq şirkətlər vasitəsilə Azərbaycan müəssisələrində yüksək əmək haqqı vəd edilən iş yerlərinə işçi axtarılması, həmçinin ali tədris müəssisələrində təhsil almaq imkanları barədə təbliğat işləri aparıblar. Hindistan vətəndaşlarının konsaltinq şirkətlərinə ödədikləri 1200-4600 dollar məbləğində pulların bir hissəsi Mohammed Shakirin bank hesabına köçürüldükdən sonra elektron turist vizası və aviobiletlərlə təmin olunaraq həmin şəxslərin Bakıya gəlməsi təşkil olunub.

Hava limanında zərərçəkmişləri dəstənin digər üzvləri qarşılayıblar və Sabunçu rayonunun Maştağa, Ramana və Balaxanı qəsəbələrindəki fərdi yaşayış evlərinə aparıblar.

Onların hər biri Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 318-ci (qanunsuz miqrasiya təşkili) maddələri ilə ittiham edilirlər.

İş üzrə 100-dən zərərçəkmiş var. Onların əksəriyyəti Hindistandadır. Bəziləri isə saxlanılıb.

Qeyd edək ki, Dövlət Miqrasiya Xidmətinin yaydığı məlumata görə, qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 89 nəfər Hindistan vətəndaşı saxlanılıb.

Araşdırma zamanı həmin əcnəbilərin viza ilə ölkəyə daxil olduqları, 36 nəfərin olduğu yer üzrə qeydiyyatının olmadığı, 31 nəfərin ölkədə viza müddətinin bitdiyi, 19 nəfərin Azərbaycana gəlişlərinin bəyan edilmiş məqsədlərini pozduqları və 1 nəfərin qeydiyyat ünvanı üzrə yaşamadığı aşkar edilib.

Qeyd edilən əcnəbilərin işlə təmin etmək adı altında aldadılaraq Azərbaycana gətirilməsini Hindistan vətəndaşı, 1965-ci il təvəllüdlü, Mohammad Sakirin öz həmvətənləri Alimuddin Shaikh, SK Allarakha, Pathan Junedkhan Mukimkhan və Pakistan İslam Respublikasının vətəndaşı Sajid Fraz ilə əlbir olaraq təşkil etdiyi məlum olub.

Təşkilatçılardan Mohammad Sakirin sonuncu dəfə Azərbaycana 2018-ci ilin yanvar ayında işgüzar səfər məqsədi ilə gəldiyi və Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, ev 66, mənzil 3 ünvanı üzrə olduğu yer üzrə qeydiyyata alındığı müəyyən edilib. Digər təşkilatçılar 1994-cü il təvəllüdlü P.J.Mukimkhanın ölkəyə sonuncu dəfə 2017-ci ilin noyabrında daxil olduğu, Azərbaycan Texniki Universitetinin hazırlıq kursunun tələbəsi olaraq müvəqqəti yaşama icazəsi vəsiqəsi aldığı, 1985-ci il təvəllüdlü Sajid Frazın Azərbaycan vətəndaşı ilə nikah əsasında 2018-ci il ta­rixədək müvəqqəti yaşama icazəsi vəsiqəsinin olduğu məlum olub.

Son xəbərlər

Orphus sistemi