DYP reyd keçirib, 200-ə qədər qadın sürücü saxlanılıb - FOTO - VİDEO

DYP reyd keçirib, 200-ə qədər qadın sürücü saxlanılıb - FOTO - VİDEO Qadın sürücülərə müxtəlif hədiyyələr təqdim olunub
Hadisə
8 Mart , 2017 16:32
DYP reyd keçirib, 200-ə qədər qadın sürücü saxlanılıb - FOTO - VİDEO

Bakı. 8 mart. REPORT.AZ/ Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) reyd keçirib. 

"Report"un məlumatına görə, reyd zamanı 200-ə yaxın qadın sürücü saxlanılıb. Lakin bu dəfə onlara Yol Patrul Xidməti (YPX) əməkdaşları tərəfindən cərimə yazılmayıb. Yol polisləri nizam-intizama əməl edən, təhlükəsizlik kəmərindən istifadə edən, il ərzində yol hərəkəti qaydalarını pozduğü üçün cərimələnməyən xanımlara müxtəlif qiymətli hədiyyələr və gül təqdim ediblər. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsnin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, bu gün səhər saatlarından başlayaraq paytaxtın müxtəlif küçə və prospektlərində yol polisi əməkdaşları tərəfindən reydlər təşkil olunub: "Xanım sürücülər arasında təhlükəsizlik kəmərindən istifadə edənlər çoxdur, lakin onlar avtomobilin yan və salondakı güzgülərindən bəzən yalnız özlərinə baxmaq üçün istifadə edirlər. Bundan əlavə, kişi sürücülərə nisbətən xanım sürücülər sükan arxasında mobil telefondan daha çox istifadə edirlər. Dövlət Yol Polisi olaraq xanımları təbrik edirik. Qızlarımıza gəlin, gəlinlərimizə ana, analarımıza nənə, nənələrimizə isə uzun ömürlü olmağı arzu edirik. Xanım sürücülərə təhlükəsiz yol arzulayaraq qaydalara əməl etməyi tövsiyə edirik".

V.Əsədov əlavə edib ki, yol polisi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə gün ərzində Bakıda “Nümunəvi qadın sürücü” devizi altında keçirilən ənənəvi aksiya çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmayan xanım sürücülərə müxtəlif hədiyyələr təqdim edir: “Hər bir nümunəvi xanm sürücüyə tərəfimizdən 8 hədiyyə təqdim olunur. Onlar avtomobili pusluz yumaq, restoranda 2 nəfərlik pulsuz şam etmək, pulsuz yanacaq doldurmaq üçün kuponlar, pulsuz sığorta, telefon danışığı kartları, qida və kosmetika məhsulları, qablar və güllərlə mükafatlandırılırlar”.

Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən son illər 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Bakıda paytaxt ərazisində "Nümunəvi qadın sürücü" devizi altında ənənəvi aksiya keçirilir. Aksiya zamanı yol polisləri şəhərin mərkəzi küçə və prospektlərində "Yol hərəkəti haqqında" qanunun tələblərinə tam əməl edən qadın sürücülərə müxtəlif hədiyyələr təqdim edirlər.

“8 Mart Beynəlxalq Qadınlar Günü” ilə əlaqədar olaraq keçirilən aksiyada “SOCAR Petroleum” QSC iştirak edib.Aksiya çərçivəsində “SOCAR Petroleum” tərəfindən xanım sürücülərə hədiyyələr təqdim edilib. Paytaxt Bakının müxtəlif küçə və prospektlərində saxlanılan zərif cinsin nümayəndələrinə “SOCAR Petroleum”  tərəfindən 20 manatlıq yanacaq kuponu təqdim edilərək “SOCAR” yanacaqdoldurma məntəqələrinin xidmət sahələri və yanacağın keyfiyyəti barədə qısa məlumatlar verilib. 

Son xəbərlər

Orphus sistemi