Dövlətə xəyanətdə təqsirləndirilən İvan Svetliçnıyə hökm oxunub 

Dövlətə xəyanətdə təqsirləndirilən İvan Svetliçnıyə hökm oxunub  Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə ifşa olunaraq həbs edilmiş Svetliçnıy İvan Nikolayeviç barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hadisə
22 aprel 2025 18:38
Dövlətə xəyanətdə təqsirləndirilən İvan Svetliçnıyə hökm oxunub 

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə ifşa olunaraq həbs edilmiş Svetliçnıy İvan Nikolayeviç barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İvan Svetliçnı 16 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki,  o, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Azərbaycan vətəndaşı olan İvan Svetliçnıy Azərbaycanın dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə qəsdən casusluq formasında və xarici xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirməklə dövlətə xəyanət etməkdə şübhəli bilinir.

Son xəbərlər

Orphus sistemi