Dövlət Gömrük Komitəsinin sabiq vəzifəli şəxsinin məhkəməsi başlayır

Dövlət Gömrük Komitəsinin sabiq vəzifəli şəxsinin məhkəməsi başlayır Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinin sabiq eksperti Aslan Bayramovun cinayət işi üzrə istintaq yekunlaşıb.
Hadisə
11 Dekabr , 2023 17:15
Dövlət Gömrük Komitəsinin sabiq vəzifəli şəxsinin məhkəməsi başlayır

Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinin sabiq eksperti Aslan Bayramovun cinayət işi üzrə ibtiadi istintaq yekunlaşıb.

“Report” xəbər verir ki, iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə araşdırılacaq.

İstintaq materiallarına əsasən, o, qeyd edilən vəzifədə işləyərkən ayrı-ayrı şəxslərdən 13 min 500 manat məbləğində rüşvət alıb.

Aldığı pul vəsaiti müqabilində 2023-cü ilin may-avqust aylarında Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq olan ümumilikdə 45 avtomobilə aid sənədləri saxtalaşdıraraq qanunsuz rəsmiləşdirməsinə əsaslı şübhələr müəyyən edilib.

A.Bayramov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə şübhəli şəxs qismində saxlanılıb.

Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi