DİN və Dövlət Komitəsindən valideynlərə müraciət: Azyaşlı uşaqları dini mərasimlərə gətirmək tövsiyə olunmur

DİN və Dövlət Komitəsindən valideynlərə müraciət: Azyaşlı uşaqları dini mərasimlərə gətirmək tövsiyə olunmur Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vətəndaşlara müraciət edib.
Hadisə
11 İyul , 2024 11:27
DİN və Dövlət Komitəsindən valideynlərə müraciət: Azyaşlı uşaqları dini mərasimlərə gətirmək tövsiyə olunmur

Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vətəndaşlara müraciət edib.

"Report"un məlumatına görə, müraciətdə deyilir:

“Dini etiqad azadlığı haqqında” qanuna əsasən dini mərasimlər yalnız məscid və ziyarətgahların ərazisində keçirilməlidir.

Bütün mərasimlər zamanı, o cümlədən iyulun 7-dən başlayan Məhərrəm ayında dini ibadət yerlərində təhlükəsizliyin təmin edilməsi və yollarda nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün müvafiq tədbirlər görülür.

Bəzi hallarda valideynlərin azyaşlı uşaqlarını dini ayinlərin icra olunduğu məkanlara aparması halları müşahidə olunur. Valideynlərdən xahiş edirik ki, kütləvi mərasimlərin keçirildiyi yerlərdə, o cümlədən təziyə məclislərində azyaşlı uşaqların iştirakının onların təhlükəsizliyi və sağlamlığı baxımından məqsədəuyğun olmadığını nəzərə alsınlar, habelə qanunvericiliklə icazə verilməyən hallara yol verilməməsinə diqqətlə yanaşsınlar".

Son xəbərlər

Orphus sistemi