DİN məhkəmə sədrinin karantini pozması ilə bağlı yayılan məlumatlara münasibət bildirdi

DİN məhkəmə sədrinin karantini pozması ilə bağlı yayılan məlumatlara münasibət bildirdi "Həqiqətə uyğun deyil"
Hadisə
260
23 Aprel , 2021 15:12
DİN məhkəmə sədrinin karantini pozması ilə bağlı yayılan məlumatlara münasibət bildirdi

Daxili İşlər Nazirliyi (DİN) Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyevin Gəncədə sərxoş vəziyyədə karantin qaydalarını pozduğu üçün saxlanılaraq polisə aparılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov "Report"un sorğusuna cavab olaraq bildirib ki, iddialar əsassızdır.

“Bəzi xəbər saytlarında Gəncə şəhərində məhkəmə sədrinin polisə aparılması barədə dərc olunan yazı həqiqətə uyğun deyil”, - E.Qasımov qeyd edib.

Xatırladaq ki, mətbuatda Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri N.Əliyevin Gəncədə sərxoş vəziyyədə karantin qaydalarını pozduğu üçün saxlanılıb, tibbi maskadan istifadə etməməsi və polisə müqavimət göstərməsi, daha sonra barəsində inzibati tənbeh tədbiri görülməyərək sərbəst buraxılması ilə bağlı məlumatlar yayılıb.

Son xəbərlər

Orphus sistemi