DİN əməliyyat keçirib, üç şəxsdən 35 kiloqram narkotik aşkarlanıb

DİN əməliyyat keçirib, üç şəxsdən 35 kiloqram narkotik aşkarlanıb DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən narko BMCMİ əməkdaşları tərəfindən saxlanılan 3 şəxsdən 35 kq narkotik vasitə aşkarlanıbtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir. Növbəti tədbirlərlə daha bir n
Hadisə
2 Sentyabr , 2024 17:04
DİN əməliyyat keçirib, üç şəxsdən 35 kiloqram narkotik aşkarlanıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib, üç şəxsdən 35 kiloqram narkotik vasitə aşkarlanıb.

Bu barədə “Report”a DİN-in Mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, tədbirlərlə narkoşəbəkənin üzvləri əvvəllər məhkum olunmuşlar Xaliq Hüseynzadə, Seymur Məmmədli və tanışı Elşən Qəniyev saxlanılıblar. Məlumata görə, onların üzərindən, avtomobillərindən və yaşadıqları evlərdən 35 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və heroin aşkarlanıb.

"Saxlanılan şəxslər ifadələrində narkotikləri satış məqsədilə əldə etdiklərini bildiriblər. Faktlarla bağlı cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə onlar barəsində həbs-qətimkan tədbirləri seçilib. X.Hüseynzadə, S.Məmmədli və E.Qəniyevlə əlbir olan digər şəxslərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir", - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi