DİN Sumqayıtda şəhər təsərrüfatı işçisinin avtomobillə vurulması barədə açıqlama verib - YENİLƏNİB

DİN Sumqayıtda şəhər təsərrüfatı işçisinin avtomobillə vurulması barədə açıqlama verib - YENİLƏNİB Bakı. 9 aprel. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda şəhər təsərrüfatı işçisinin avtomobillə vurulması hadisəsi barədə açıqlama verib.
Hadisə
9 Aprel , 2018 11:58
DİN Sumqayıtda şəhər təsərrüfatı işçisinin avtomobillə vurulması barədə açıqlama verib - YENİLƏNİB

Bakı. 9 aprel. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda şəhər təsərrüfatı işçisinin avtomobillə vurulması hadisəsi barədə açıqlama verib.

DİN-in Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə “Report”un sorğusuna cavab olaraq bildirib ki, Sumqayıt Yaşıllaşdırma idarəsinin işçisi, şəhər sakini Vidadi Rəsulov Koroğlu küçəsində yolu piyadalar üçün müəyyən olunmamış yerdən keçərkən Tariyel Xəlilovun idarə etdiyi “Opel Astra” markalı avtomobillə vurulub. V.Rəsulov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


*** 10:37

Sumqayıt. 9 aprel. REPORT.AZ/ Sumqayıt şəhərində süpürgəçi qadını avtomobil vuraraq öldürüb.

"Report"un Sumqayıt-Abşeron bürosunun verdiyi məlumata görə, hadisə şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb.

Belə ki, küçədə təmizlik işləri aparan, hələlik adı məlum olmayan süpürgəçini maşın vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.  

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi