Mehriban Əliyeva millət vəkili Qənirə Paşayevanın müalicəsini nəzarətə götürüb - YENİLƏNİB-3

Mehriban Əliyeva millət vəkili Qənirə Paşayevanın müalicəsini nəzarətə götürüb - YENİLƏNİB-3 Millət vəkili Qənirə Paşayeva komaya düşüb.
Hadisə
24 Sentyabr , 2023 15:30
Mehriban Əliyeva millət vəkili Qənirə Paşayevanın müalicəsini nəzarətə götürüb - YENİLƏNİB-3

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, millət vəkili Qənirə Paşayevanın müalicəsi ilə bağlı məsələlər Fond tərəfindən nəzarətə götürülüb.

Bunu “Report”a açıqlamasında deputatın köməkçisi Elbəy Bədirov deyib.

Onun sözlərinə görə, artıq Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Mərkəzi Klinik Xəstəxanada olub.

Qeyd edək ki, deputat dünən səhər saatlarında təcili yardım xidməti ilə çox ağır, şok vəziyyətində Mərkəzi Klinikanın təcili yardım şöbəsinə müraciət edib.

15:02

"Qənirə xanım reanimasiya şöbəsindədir və bütün lazımi tədbirlər görülür".

"Report" xəbər verir ki, bunu Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev bildirib.

Onun sözlərinə görə, bütün ixtisas həkimləri müalicə işinə cəlb olunub:

"Əlimizdə mövcud olan bütün tibbi imkanların hamısından istifadə olunur. Qənirə xanımın müalicəsi üçün Türkiyədə olan həmkarlarımızla daimi əlaqədəyik və konsultasiyalar aparırıq. Müalicə davam edir. Qeyd edim ki, Qənirə xanımın vəziyyəti hazırda çox ağırdır”.

Qeyd edək ki, deputat sentyabrın 23-də səhər saatlarında ağır şok vəziyyətində Mərkəzi Klinikanın təcili yardım şöbəsinə daxil olub.

12:22

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva hazırda Mərkəzi Klinikada həkimlərin nəzarəti altındadır.

Bunu “Report”a açıqlamasında deputatın köməkçisi Elbəy Bədirov deyib.

O bildirib ki, hazırda həkimlər tərəfindən lazımi tədbirlər görülür.

12:11

Millət vəkili Qənirə Paşayeva komaya düşüb.

"Report" xəbər verir ki, deputat ötən gün Mərkəzi Klinikaya yerləşdirilib.

Qeyd edək ki, Qənirə Paşayeva Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatıdır. Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.

Son xəbərlər

Orphus sistemi