Yuxarı

Deputat: "Hansısa qüvvələr Qarabağ əlillərinin adı ilə qarşıdurma yaratmağa cəhd edirlər"

Deputat: Hansısa qüvvələr Qarabağ əlillərinin adından istifadə edir
© Report/ Firi Salim

“Bir neçə gün öncə Azərbaycan Dövlət Neft Şirkətinin balansında olan ərazidə ev tikmək istəyən şəxslə dövlət qurumlarının əməkdaşları arasında xoşagəlməz hal yaşanıb. Müəyyən qüvvələr də bundan şou düzəltməyə çalışdılar”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat qeyd edib ki, SOCAR mühafizəçiləri və polis əməkdaşları məsələni dinc yolla həll etməyə çalışıblar: “Hiss olunur ki, hansısa qüvvələr Qarabağ əlillərinin adı ilə qarşıdurma yaratmağa cəhd edirlər. Onlar bununla sabitliyi pozmağa çalışırlar. Qarabağ veteranları daha çox diqqətə və qayğıya layiqdirlər. Dövlət bununla bağlı lazımi addımları atır. Qarabağ əlilləri hər zaman Prezident İlham Əliyevin diqqətindədir. Həmin şəxslər avtomobillə, mənzillə təmin edilir, müavinətləri artırılır və digər problemləri həll edilir. Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan insanların ailələrinə 11 min manat dəyərində birdəfəlik ödəmə edilib. Döyüşlərdə sağlamlığını itirən insanlar da daim diqqət mərkəzindədir. Qarabağ əlilləri bu diqqət və qayğının nəticəsi olaraq Azərbaycan Prezidenti İlham Əliyevin siyasətini dəstəkləyirlər. Ümid edirəm ki, hər zaman belə olacaq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi