“Dəmirbank”ın kreditorlarının tələblərinin siyahısına dair dinləmələr keçiriləcək

Hadisə
  • 30 iyun, 2018
  • 06:23
“Dəmirbank”ın kreditorlarının tələblərinin siyahısına dair dinləmələr keçiriləcək

Bakı. 30 iyun. REPORT.AZ/ Əmanətlərin Sığortalanması Fondu (ƏDF) ləğv prosesində olan “Dəmirbank” ASC-nin tələblərinə etiraz edilmiş kreditorlarından tələblərini təsdiqləyən sübutları təqdim edərək məhkəmə iclasına qatılmalarını istəyir.

"Report"un məlumatına görə, ƏDF bildirib ki, bankın kreditorlarının ləğvedici tərəfindən etiraz edilmiş tələblərin siyahısına dair dinləmələr Bakı Apellasiya Məhkəməsində keçiriləcək.

Məhkəmə iyulun 6-da baş tutacaq.