​Daşkəsəndə yük maşını aşıb, ölən və yaralananlar var - FOTO

​Daşkəsəndə yük maşını aşıb, ölən və yaralananlar var - FOTO "QAZ-53" markalı yük avtomobili yoldan çıxaraq dərəyə aşıb
Hadisə
26 İyul , 2016 21:55
​Daşkəsəndə yük maşını aşıb, ölən və yaralananlar var - FOTO

Daşkəsən. 26 iyul. REPORT.AZ/ Bu gün axşam saatlarında Daşkəsən rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, sürücüsünün adı hələ ki, məlum olmayan "QAZ-53" markalı yük avtomobili rayonun Zəylik kənd sakinlərini Quşçu istiqamətindən sözügedən kənd istiqamətində aparan zaman idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə aşıb.

Qəza zamanı 1 nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan ikisi – 1994-cü il təvəllüdlü Cəlalov Tural Rafiq oğlu və həmyaşıdı Dalov Fərid Mübariz oğlu Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Növbətçi həkimin məlumatına görə, hər iki yaralının vəziyəti stabil qiymətləndirilir.

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi