Daşkəsəndə dolu və külək təsərrüfata ziyan vurub - VİDEO
Hadisə
- 24 may, 2019
- 17:53
Bu gün Daşkəsən rayonuna küləklə müşahidə olunan leysan yağış və dolu yağıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, dolu meyvə ağaclarına və əkin sahələrinə zərər vurub.
Rayonun Xoşbulaq kəndində orta məktəb binasının dam örtüyünü külək dağıdıb. Elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Daşkəsən rayon İcra Hakimiyyətindən "Report"un Qərb Mərkəzinə verilən məlumata görə, yağış və dolu ilə müşayiət olunan güclü külək nəticəsində rayonunun yol, elektrik və rabitə təsərrüfatına, əkin sahələrinə xeyli ziyan dəyib. Küləyin təsirindən çoxlu sayda ağac aşıb. Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə işlər aparılır, daxili imkanlar hesabına bərpa işlərinə başlanılıb və ardıcıl müvafiq tədbirlər görülür.
Daşkəsəndə dolu və külək təsərrüfata ziyan vurub - VİDEO
Son xəbərlər
15:27
Ben-Qurion aeroportunun işçiləri tətil edirlər
Turizm15:20
"Azercell" "Brandon Hall Group HCM Excellence Awards"da üç mükafat qazanıb
İKT15:09
Azərbaycan Gürcüstanın qoyun və keçi ixrac etdiyi ikinci əsas bazardır
ASK15:08
Qətər XİN rəhbəri: Hörmüz ətrafındakı gəmiçilik bərpa edilməli və "şantaj"a son qoyulmalıdır
Digər ölkələr15:06
Azərbaycan jurnalistləri Səmərqənddə Registan meydanını ziyarət ediblər
Media15:01
ABB-dən daşınmaz əmlak bazarı ilə bağlı mühüm araşdırma
Maliyyə15:00
Şagirdlərin elektron yerdəyişməsi başlayıb
Elm və təhsil14:56
Silahlı şəxslər Ədən körfəzində tankeri ələ keçiriblər
Digər ölkələr14:51