Culfada ağır yol qəzası olub, ölənlər var
Hadisə
- 23 aprel, 2024
- 06:31
Naxçıvanın Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un yerli bürosu xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə "Chevrolet Niva" markalı avtomobillə "Tofaş" markalı avtomobil toqquşub.
Nəticədə avtomobildə olan Cəfərov Kamal Qürbət oğlu və Yunisov Rüstəm Əsgər oğlu hadisə yerində ölüb. 2001-ci il təvəllüdlü Sahilov İbrahim İldırım oğlu və 1998-ci il təvəllüdlü Əlizadə Əbülfəz Elçin oğlu isə yaralanıblar.
Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
23:48
Zülfüqari: Tehran BƏƏ ərazisinə raket və ya pilotsuz təyyarə atmayıb
Region23:25
Əlcəzair Prezidenti sabah Türkiyəyə rəsmi səfər edəcək
Region23:07
Ukrayna Bəhreyndə səfirlik açacaq
Digər ölkələr22:44
Hakan Fidan niderlandlı həmkarı ilə telefonda danışıb
Region22:40
Foto
Rusiyanın Zaporojyeyə zərbələri nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb - YENİLƏNİB
Digər ölkələr22:34
İran Hörmüz boğazından gəmilərin keçidi üçün yeni sistem tətbiq edir
Region22:26
Rimas Kurtinaytis: "Çətin mövsümü arxada qoyduq, çempionluğumuza çox sevinirik"
Komanda22:21
Nizami rayonunun bəzi yerlərində işıq olmayacaq
Energetika22:16