Coratda piyadanı avtomobillə vuran sürücü hadisə yerindən qaçıb

Hadisə
  • 07 oktyabr, 2021
  • 23:43
Coratda piyadanı avtomobillə vuran sürücü hadisə yerindən qaçıb

Sumqayıt şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb.

Avtomobil yolu keçən 1958-ci il təvəllüdlü Həsənov Tarverdi Həmid oğlunu vuraraq hadisə yerindən qaçıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağın sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.