Ceyranbatan su anbarının yaxınlığındakı yanğın söndürüldü - VİDEO - YENİLƏNİB-3

Ceyranbatan su anbarının yaxınlığındakı yanğın söndürüldü - VİDEO - YENİLƏNİB-3 Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri (FHN) tərəfindən saat 16:49-da söndürülüb.
Hadisə
11 İyun , 2020 17:11
Ceyranbatan su anbarının yaxınlığındakı yanğın söndürüldü - VİDEO - YENİLƏNİB-3

Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri (FHN) tərəfindən saat 16:49-da söndürülüb.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Yanğının söndürülməsi əməliyyatına Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və 17 ədəd texnikası, Aviasiya dəstəsinin 3 ədəd helikopteri, Mülki müdafiə qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti cəlb olunub. 

Əlavə məlumat veriləcək.


**14:12

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Bildirilib ki, anğının söndürülməsi üçün dərha əraziyə Nazirliyin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.

Hazırda nazir müavinləri general-leytenant Etibar Mirzəyev və Tapdıq Əmiraslanov, habelə nazirliyin digər aidiyyəti vəzifəli şəxsləri ərazidədirlər.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

Əlavə məlumat veriləcək.


***12:12

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının yaxınlığında yanğınsöndürmə işləri davam etdirilir. 

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Yanğının söndürülməsi üzrə əməliyyata nazirliyin Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub.

Əlavə məlumat veriləcək.


***11:44

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub. 

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri aparılır.

Son xəbərlər

Orphus sistemi