Cəlilabadda yük maşını mikroavtobusla toqquşub, 1 ölü, 9 yaralı var - VİDEO - SİYAHI - YENİLƏNİB - 2

Cəlilabadda yük maşını mikroavtobusla toqquşub, 1 ölü, 9 yaralı var - VİDEO - SİYAHI - YENİLƏNİB - 2 Qəza Göytəpə şəhəri ərazisində baş verib
Hadisə
2 İyun , 2018 00:50
Cəlilabadda yük maşını mikroavtobusla toqquşub, 1 ölü, 9 yaralı var - VİDEO - SİYAHI - YENİLƏNİB - 2
Report

Cəlilabad. 2 iyun. REPORT.AZ/ İyunun 1-i axşam saatlarında Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində ağır yol qəzası nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

“Report”un Cənub bürosu xəbər verir ki, hadisə "Shacman" markalı yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində baş verib.

Qəza nəticəsində ölən şəxs mikroavtobusun Masallı rayonundan olan sürücüsü Dadaşov İbrahim Dadaşbala oğludur. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon şöbəsinə təhvil verilib.

Yaralılar bunlardır:

Səmədova Gülər Nadir qızı, 1995, Masallı rayon Bədəlan kəndi

Səmədov Məhəmməd Afiq oğlu, 2017, Masallı rayon Bədəlan kəndi

Quliyev Akşin Ehtiram oğlu, 2003, Masallı rayon Kolatan kəndi

Quliyev Fərid Ehtiram oğlu, 2002, Masallı rayon Kolatan kəndi

Əbülfəszadə Şəfa Qasım qızı, 1998, Masallı rayon Kolatan kəndi

Sadıqova Şəbnəm Şəmşad qızı, 2009, Masallı rayon Kolatan kəndi

Sadıqov İslam Şəmşad oğlu, 2014, Masallı rayon Kolatan kəndi.

Sadıqova Səbiyyə Şəmşad qızı, azyaşlı

Cabbarova Günəş, 1987

Yaralılardan 7-si Masallı, 2-si isə Cəlilabad rayon mərkəzi xəstəxanalarına aparılıb. Masallıya yerləşdirilən yaralıların vəziyyətləri orta-ağırdır. Onlardan 2-sinə ambulator tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.


***00:16

Cəlilabad. 2 iyun. REPORT.AZ/ Ötən gün axşam saatlarında Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində ağır yol qəzası olub.

“Report”un Aran bürosu xəbər verir ki, ilkin məlumata görə, hadisə "Shacman" markalı yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində baş verib.

Hadisə ilə əlaqədar olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına biri azyaşlı olmaqla 2 yaralı, morqa isə 1 meyit gətirilib. Yaralıların bir qisminin isə Masallı rayon xəstəxanasına aparıldığı bildirilir. Ölənlərin sayının artma ehtimalı var.

Faktla bağlı araşdırma aparılır.


***23:26

Cəlilabad. 1 iyun. REPORT.AZ/Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

İlkin məlumata görə, “Shacman” markalı yük maşını ilə mikroavtobus toqquşub. Ölən və yaralananlar var.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi