Cəlilabadda yol qəzasında iki qardaş ölüb - FOTO - YENİLƏNİB
- 22 iyul, 2018
- 06:55
Cəlilabad. 22 iyul. REPORT.AZ/ Cəlilabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin adı məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə nəticəsində Motosikletdə olan iki qardaş - Masallı rayonunun Köçərli kənd sakinləri, Tural və Yalçın Mirzəyev qardaşları ağır xəsarət alıblar. Onlar xəstəxanaya aparılarkən yolda dünyalarını dəyişiblər.
Faktla bağlı araşıdrma aparılır.
***10:22Cəlilabad. 22 iyul. REPORT.AZ/ Cəlilabadda baş verən yol qəzasında iki nəfər dünyasını dəyişib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlaraında Ələt-Astara magistralının Cəlilabad rayonundandan keçən hissəsində baş verib.
Belə ki, “Mercedes” markalı minik maşının pomidor yüklü Motosikletə çırpılması nəticəsində iki nəfər ölüb.