Cəlilabadda 52 yaşlı kişinin öldürülməsi ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB
- 16 fevral, 2026
- 16:41
Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində 1974-cü il təvəllüdlü Azər Baxşiyevin öldürülməsi ilə bağlı cinayət işi başlanıb.
Bu barədə "Report"a Cəlilabad rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İ.Babayev iş üzrə şübhəli şəxs qismində tutulub.
Cəlilabad rayonunda 52 yaşlı kişi öldürülüb, qətl hadisəsini törətməkdə şübhəli bilinən 24 yaşlı şəxs saxlanılıb.
"Report"un Muğan bürosu xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.
İlkin məlumata görə, 52 yaşlı Azər Baxşiyev 24 yaşlı İbrahim Babayev tərəfindən qətlə yetirilib.
Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.
Cinayət əməlini törətməkdə şübhəli bilinən İ.Babayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.