Bu il Azərbaycanda 435 kriminal qrup zərərsizləşdirilib

Bu il Azərbaycanda 435 kriminal qrup zərərsizləşdirilib Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş tədbirlərlə 435 kriminal qrupun zərərsizləşdirildiyini, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 110 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, ötən ilin 6 ayı ilə müqayisədə qeyri-le
Hadisə
9 İyul , 2021 16:24
Bu il Azərbaycanda 435 kriminal qrup zərərsizləşdirilib

Bu ilin 6 ayı ərzində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərlə 435 kriminal qrup zərərsizləşdirilib.

"Report" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyində 2021-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, asayişin qorunması və təhlükəsizliyin təmini sahəsində fəaliyyətin nəticələri və qarşıda duran vəzifələrə həsr olunan videokonfrans formatında keçirilən kollegiya iclasında nazirin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov bildirib.

O, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 110 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, ötən ilin 6 ayı ilə müqayisədə qeyri-leqal dövriyyədən 776 kiloqram çox və ya 1 ton 843 kiloqram narkotik vasitə çıxarıldığını, qanunsuz kultivasiya olunan 140 ton narkotik xassəli bitkinin aşkarlanıb məhv edildiyini nəzərə çatdırıb.

Son xəbərlər

Orphus sistemi