Bakı. 26 aprel. REPORT.AZ/ Ədliyyə Nazirliyi 20 qeyri-kommersiya hüquqi şəxsi dövlət qeydiyyatına alıb.
"Report"un məlumatına görə, bu barədə nazir Fikrət Məmmədovun sədrliyi ilə aprelin 26-da keçirilən Ədliyyə Nazirliyinin kollegiya iclasında məlumat verilib.
Tədbirdə ədliyyə və məhkəmə fəaliyyətinin müasirləşməsinə xidmət edən və yeni çağırışlara cavab verən 10-dan çox normativ akt layihəsi, o cümlədən ictimai işlər cəzalarının icrası və azadlığın məhdudlaşdırılması ilə bağlı yeni, mütərəqqi qaydalar təsdiq edilib. Vətəndaş cəmiyyətinin inkişafına dövlət dəstəyinin təzahürü olaraq 20 qeyri-kommersiya hüquqi şəxs dövlət qeydiyyatına alınıb.