Yuxarı

Fikrət Məmmədov

 - 

Azərbaycan Respublikasının Ədliyyə naziri



2006

2006-cı ilin oktyabr ayında Beynəlxalq Antikorrupsiya Təşkilatının vitse-prezidenti seçilib. I dərəcəli Dövlət ədliyyə müşaviri, Prokurorluğun fəxri işçisidir. Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbər orqanı - İcraiyyə Komitəsinin üzvüdür. O, həmçinin, Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının üzvüdür.

2005

2005-ci ilin fevral ayından Məhkəmə-Hüquq Şurasının sədri seçilib. 2005-ci ildən Dövlət Qulluğu İdarəetmə Şurasının yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın və Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın üzvüdür. Azərbaycan Respublikasının ədliyyə orqanlarının inkişafında xidmətlərinə görə respublika Prezidentinin 30 iyun 2005-ci il tarixli sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunub.

2000

2000-ci ilin aprel ayından Azərbaycan Respublikasının Ədliyyə Naziri təyin edilib.

1994

Sonralar respublika Baş prokurorluğu Hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru, 1994-2000-ci illərdə Baş prokurorun müavini olub.

1977

1977-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini 1989-cu ildə isə BAPM-ni bitirib. Əmək fəaliyyətinə 1977-ci ildə rayon prokurorunun köməkçisi kimi başlayıb, Bakı şəhər prokurorluğunda şöbə prokuroru, respublika prokurorluğunda böyük prokuror və Təşkilat-nəzarət şöbəsinin rəisi vəzifələrində işləyib, həmin vəzifədən Azərbaycan KP MK İnzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı vəzifəsinə qədər yüksəlib.

1955

Fikrət Məmmədov 1955-ci ildə Bakı şəhərində anadan olub.