Bir qrup şəxs 732 milyon manatı qanunsuz yolla köçürüb - MƏHKƏMƏ

Bir qrup şəxs 732 milyon manatı qanunsuz yolla köçürüb - MƏHKƏMƏ R.İskəndərov 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib
Hadisə
728
18 Fevral , 2021 17:08
Bir qrup şəxs 732 milyon manatı qanunsuz yolla köçürüb - MƏHKƏMƏ

Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana 4 il ərzində qanunsuz yollarla yüzmilyonlarla vəsait köçürülüb.

“Report”un əldə etdiyi məlumata görə, 2015-2019-cu illərdə qanunsuz pul köçürmələrinin ümumi məbləği 732 milyon 267 min 255 manat təşkil edib.

Bu əməlləri həyata keçirən cinayətkar qrupun üzvləri 5 milyon 793 min 598 manat vəsait əldə ediblər.

Qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və xüsusi razılıq (lisenziya) almadan pul vəsaitlərinin müəyyən xidmət haqqı müqabilində qanunsuz olaraq ayrı-ayrı şəxslərdən qəbul olunması və həmin şəxslərin sifarişi ilə üçüncü şəxslərə təhvil verilməsi üzrə xidmət göstərilməsindən ibarət qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan cinayətkar şəbəkə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ifşa edilib.

Şəbəkənin üzvü olan Rəşad İskəndərov istintaqa cəlb edilib. Onun cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə R.İskəndərov 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Son xəbərlər

Orphus sistemi