Binəyə gedən 160 saylı avtobus daha bir qəza törədib, yaralananlar var - FOTO - YENİLƏNİB

Binəyə gedən 160 saylı avtobus daha bir qəza törədib, yaralananlar var - FOTO - YENİLƏNİB Bakı. 6 oktyabr. REPORT.AZ/ 160 saylı xətt üzrə hərəkət edən marşrut avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
Hadisə
6 Oktyabr , 2018 16:10
Binəyə gedən 160 saylı avtobus daha bir qəza törədib, yaralananlar var  - FOTO  - YENİLƏNİB

Bakı. 6 oktyabr. REPORT.AZ/ "160 saylı xətt üzrə hərəkət edən marşrut avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 3 nəfər xəsarət alıb". 

Bunu "Report"a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib.

O bildirib ki, hadisə barədə məlumat daxil olan kimi əraziyə 3 təcili-tibbi yardım briqadası göndərilib: "Yaralılar xəsarətləri yüngül olduğu üçün təcili-tibbi yardım avtomobili ilə xəstəxanaya getməkdən imtina ediblər. Onlar özləri xəstəxanaya gediblər. Avtobus qəzası nəticəsində xəsarət alan hər 3 şəxsin vəziyyəti normaldır".


*** 13:49

Bakıda daha bir avtobus qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə aeroport yolunda qeydə alınıb.

Belə ki, 160 saylı xətt üzrə hərəkətdə olan marşrut avtobusu minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik avtomobilini idarə edən, 1976-cı il təvəllüdlü Mənsurə Məmmədova və onun 6 yaşlı övladı Rəşad Məmmədov xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu, son bir həftədə 160 saylı xətt avtobusunun törətdiyi ikinci yol qəzasıdır. Bundan bir neçə gün əvvəl həmin xətt üzrə hərəkət edən marşrut avtobusunun qatarla toqquşması nəticəsində 2 nəfər ölüb, 40 nəfər xəsarət almışdı.

Hafiz Heydərov

Son xəbərlər

Orphus sistemi