Binəqədidə yol qəzasında bir nəfər xəsarət aldı

Hadisə
  • 11 avqust, 2020
  • 21:35
Binəqədidə yol qəzasında bir nəfər xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Niftullayeva Dürdanə Məsud qızı bədən xəsarətləri alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır