"Binə" Ticarət Mərkəzindən 13 min manatlıq oğurluq edən şəxsə hökm oxunub
Hadisə
- 23 iyun, 2017
- 09:29
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 23 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Cəlil Cəlilovun cinayət işi üzrə məhkəmə prosesi iclası başa çatıb.
"Report"un məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə C.Cəlilov 7 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, C.Cəlilov "Binə" Ticarət Mərkəzində yerləşən konteynerlərin birində 13 min 346 manat dəyərində məhsul oğurlamaqda təqsirli bilinib. O, dəyən ziyandan 6200 manatı ödəyib, lakin 7146 manat ödənməmiş qalıb.
C.Cəlilov 2016-cı il dekabrın 22-də həbs edilib.
O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.
Son xəbərlər
10:52
Xameneinin raketlərlə bağlı göstərişi həyata keçirilib
Region
10:21
COP31-də iqlim sazişinin yeni layihəsi təqdim olunub
Region
10:19
Yaponiyada donanmanın nüvə sualtı qayıqları ilə təchizatı ehtimalı qaldırılıb
Digər ölkələr
10:12
Barselonada azərbaycanşünaslıq üzrə ilk magistratura proqramı başlayıb
Xarici siyasət
10:09
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Xarici siyasət
10:04
Ferstappen "Formula-1"in Las-Veqas Qran-prisini qazanıb
Formula 1
09:56
Cənubi Koreyanın təhsil naziri imtahanlarda süni intellektdən istifadəylə bağlı qalmaqallar fonunda istefa verib
Digər ölkələr
09:45
Azərbaycan Basketbol Liqasında bu gün I və III turdan təxirə salınmış oyunlar keçiriləcək
Komanda
09:25
Çilidə mikroavtobusla yük maşını toqquşub, ölən və xəsarət alanlar var
Digər ölkələr