FHN əməkdaşları Binədə qanunsuz tikilmiş obyekti sökür - YENİLƏNİB
- 13 yanvar, 2023
- 08:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Xəzər rayonunun Binə qəsəbəsi Əli İsazadə küçəsində yerləşən qanunsuz tikili sökülür.
"Report"un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları tərəfindən obyektin qarşısına təhlükəsizlik lenti çəkilib.
Obyektin ümumi sahəsi 400 kv.metrdir.
12:00
"Xəzər rayonu Binə qəsəbəsi Əli İsazadə küçəsində qanunsuz tikili aşkarlanıb".
Bunu "Report"a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyinin nümayəndəsi Bəxtiyar Tağıyev bildirib.
Onun sözlərinə görə, həmin qeyri-yaşayış obyekti müvafiq sənədləri olmadan tiklib:
"Burada ərazi zəbt edilərək yüngül konstruksiyalardan ibarət qeyri-yaşayış obyektinin tikintisinə başlanılıb. Eyni zamanda, çoxillik şam ağacları obyektin daxilində qalıb. Məqsədimiz qanunsuz tikinti işlərinin qarşısını almaqla şəhərsalma və tikinti sahəsində qanunvericiliyin, o cümlədən normativ sənədlərin tələblərinə riayət olunmasını və yanğın təhlükəsizliyini təmin etməkdən, insanların həyatı, sağlamlığı və əmlakı üçün potensial təhlükə yarada biləcək pozuntuları aradan qaldırmaqdır".
B.Tağıyev qeyd edib ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 95-ci maddəsinə uyğun olaraq həmin obyektin sökülməsi ilə bağlı qərar qəbul edilib və icrası davam etdirilir.