Biləsuvarda iki avtomobil toqquşub, xəsarət alanlar var

Biləsuvarda iki avtomobil toqquşub, xəsarət alanlar var Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
24 İyun , 2022 16:26
Biləsuvarda iki avtomobil toqquşub, xəsarət alanlar var

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Bəhramtəpə-Biləsuvar avtomobil yolunun Biləsuvar şəhərindən keçən hissəsində qeydə alınıb.

Belə ki, qəza zamanı iki minik avtomobili toqquşub. Hadisə zamanı rayon sakini Ə.Vəlizadə və daha bir nəfər yaralanıb.

Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi