Biləsuvarda 74 yaşlı qadını avtomobil vuraraq ağır xəsarət yetirib

Hadisə
  • 09 aprel, 2023
  • 00:51
Biləsuvarda 74 yaşlı qadını avtomobil vuraraq ağır xəsarət yetirib

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 1949-cu il təvəllüdlü Kərimova Zeynəb Məhərrəm qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona oturaq və qasıq sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.