​Beyləqanda yolu keçən şəxsi həmkəndlisi avtomobillə vurub

Hadisə
  • 24 oktyabr, 2015
  • 08:47
​Beyləqanda yolu keçən şəxsi həmkəndlisi avtomobillə vurub

Bakı. 24 oktyabr. REPORT.AZ/ Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, rayonun 1-ci Şahsevən kəndində kənd sakini Xeyrulla Quliyev idarə etdiyi “QAZ-2705” markalı avtomobillə yolu keçən həmkəndlisi Fərhad Həsənovu vurub və o, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə