​Beyləqanda 230 kq narkotik bitki aşkarlanıb

Hadisə
  • 20 iyul, 2015
  • 04:23
​Beyləqanda 230 kq narkotik bitki aşkarlanıb

Bakı. 20 iyul. REPORT.AZ/ Beyləqan rayonu ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar olunub. Rayon polis şöbəsindən "Report"a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şərq qəsəbəsində yabanı halda bitmiş çətənə kolu aşkarlanıb. Əməliyyat tədbirləri nəticəsində ümümi çəkisi 230 kiloqram olan 132 ədəd çətənə kolu yığılıb. Çətənə kolları bir yerə yığılaraq yandırma yolu ilə məhv edilib.