Bərdədə sel təmir edilən körpünü də aşdı - FOTO

Bərdədə sel təmir edilən körpünü də aşdı - FOTO Hazırda çətinliklər aradan qaldırılsa da, ərazi nəzarətdə saxlanılır
Hadisə
1 Mart , 2016 00:06
Bərdədə sel təmir edilən körpünü də aşdı - FOTO

Bakı. 1 mart. REPORT.AZ/ Ermənistan ordusu Tərtər cayının qarşısını acıb. "Report" xəbər verir ki, mənbəyini işğal altında olan Sərsəng su anbarından götürən Tərtər çayında suyun səviyyəsi xeyli artıb.

Çayın Bərdə rayonu ərazisindən keçən hissəsində suyun səviyəsi 15 kubmetrə qədər çoxalıb. Nəticədə Bərdənin Əyricə kəndində yenidən təmir və bərpa edilən avtomobil körpüsünü su basıb.

Yeni Əyricə ilə Göhnə Əyricə kəndlərini birləşdirlən yeganə avtomobil körpüsündə təmir və bərpa işləri dayanıb. Suyun çoxalması cayın içindən müvvəqəti olaraq çəkilən alternativ yolda gediş-gəlişin dayanmasına səbəb olub. Bərdə rayon yol istismar idarəsinin cəlb olunan texnika və işçi qüvvəsi suyun qarşısını alıb. Selin, çayın məcrasını dəyişməsinə imkan verilməyib. Hazırda çətinliklər aradan qaldırılsa da, ərazi nəzarətdə saxlanılır.

Son xəbərlər

Orphus sistemi